Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hazırlıq başladı - Hədəfləri Putinsiz Rusiyadır

Hazırlıq başladı - Hədəfləri Putinsiz Rusiyadır

Tarix: 8 Dekabr 2023 15:18

Həbsdə olan rusiyalı müxalifətçi Aleksey Navalnı və komandası prezident seçkilərində Rusiya lideri Vladimir Putinin əleyhinə səs verməyə çağırıb.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, müxalif komanda seçicilərə "Putinsiz Rusiya" şüarı ilə müraciət edib.

"Prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək. Həmin gün hamını seçki məntəqələrinə gələrək Vladimir Putinin əleyhinə səs verməyə çağırırıq. Bu, istənilən digər namizədə səs verməklə edilə bilər", - açıqlamada bildirilir.

Navalnı tərəfdarları artıq Rusiya prezidentinə qarşı kampaniyaya başlayıblar. Onlar "Putinsiz Rusiya" saytını açıblar.

Saytda deyilir ki, hər bir fəal vətəndaş prezident seçkilərinə yaxın 100 gün ərzində qarşısına sadə məqsəd qoymalıdır: ən azı 10 nəfəri Putinə qarşı çıxmağa inandırmaq.


Etiketlər:  Hazırlıq başladı Hədəfləri Putinsiz Rusiyadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ