Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Yas mərasimlərində yemək süfrələri qurmaq haramdır - Mübariz Qurbanlı

“Yas mərasimlərində yemək süfrələri qurmaq haramdır - Mübariz Qurbanlı

Tarix: 9 Dekabr 2023 21:14

Yemək süfrələri qurmağın İslamdan qaynaqlanmadığını başa düşdükcə bu adətdən də uzaqlaşacaqlar.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. 

Onun sözlərinə görə, dəbdəbəli süfrələr açmaq ənənəsi, israfçılıq İslamda yoxdur. Dinimizə görə, hətta bu, günah hesab olunur.

İslamda ehsan gözəl əməl, xeyirxah iş mənasına gəlir. Yemək süfrəsi açmaqla gözəl əməl, xeyirxah iş görmək istəyənlər bunu ehtiyacı olan insanlar üçün etməlidir. Yol çəkmək, bulaq tikmək, kimsəsizə əl tutmaq, ac insanları doydurmaq - əsl ehsan bunlardır. Bu cür xeyirxah əməllər görmək həm vəfat etmiş insanın ruhunu şad edər, həm də insanlara faydalı olar".

Milli.Az


Etiketlər:  Yas mərasimlərində yemək süfrələri qurmaq haramdır Mübariz Qurbanlı


RƏYLƏR