Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sabah'' dünya çempionatında qol vuran futbolçu ilə maraqlanır

''Sabah'' dünya çempionatında qol vuran futbolçu ilə maraqlanır

Tarix: 7 Noyabr 2019 13:08

"Sabah" CAR millisinin sabiq üzvü Sipive Çabalala ilə maraqlanır.

Qol.az xəbərinə görə, bu barədə  Cənubi Afrika mətbuatı yazıb. Bildirilir ki,  35 yaşlı oyunçunu transfer etmək istəyən klublar siyahısında Azərbaycan təmsilçisi də var. Hətta S.Çabalalanın "Kayzer Çifs"də sabiq komanda yoldaşı olan və hazırda "Sabah"ın şərəfini qoruyan Hendrik Ekşteyn onunla bu barədə danışıqlar apardığı vurğulanıb.

Hazırda azad agent olan afrikalı futbolçunun bir neçə klubla danışıqlar apardığı iddia olunub.  Ancaq onun 2 illik müqavilə tələbinin həmin klublarla anlaşmasına mane olan yeganə məqam olduğu yazılıb.

Qeyd edək ki, bu yay "Ərzurumspor"dan ayrılan Çabalala 2010-cu ildə dünya çempionatının açılış oyununda  CAR-ın heyətində Meksikanın qapısına qol vurub.

Bizi İnstaqramda da izləyin

 


Etiketlər:  Sabah dünya çempionatında vuran futbolçu ilə maraqlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ