Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2023 01:21
Döş qəfəsinin arxasında ağrı təhlükəli simptomlardan biridir.
Sonxeber.net "Medicina"a istinadən xəbər verir ki, kardioloq Anna Çuqunnikova sinədə və döş qəfəsi arxasındakı ağrının fərqini izah edib.
"Çox zaman döş qəfəsində ağrının səbəbi ürək-damar xəstəlikləri- stenokardiya, infarkt, miokardit), ağciyər xəstəlikləri (bronxit, pnevmoniya), eləcə də mədədən olur.
Daxili orqanla bağlı olmayan və az təhlükəli səbəb isə nevralgiyadır - onurğa, ostexondroz, əzələ iltihabı və s.
Eləcə də panik atak və sinir xəstəliklərində döş qəfəsindən kəskin ağrı tuta bilər.
Qabırğalararası nevralgiya - onurğanın döş qəfəsi bölgəsinin degenerativ dəyişikliyidir.
Bu zaman sinirlər qabırğalar arasında sıxılır.
Belə ağrı döş qəfəsinin önünə yayılıb, ürək ağrısını, tutmasını xatırlada bilir.
Nevralgiyanın səbəbi - fiziki yüklənmə, narahat döşək, oturaq iş, soyuq, infeksiya, sinir sıxılması ola bilər.
Ürəklə bağlı ağrı isə işemik xəstəlik zamanı olur, bu zaman ürək əzələsi zədələnir, ürəyin qan axını zəifləyir.
Nevralgiya ilə ürək ağrısı çox oxşardır.
Döş qəfəsində diskomfort zamanı ağrının konkret yeri, müddəti və xarakterinə fikir vermək lazımdır.
Əgər ağrı qısa müddət çəkir, hərəkət zamanı artır, kəsicidirsə və sakit halda səngiyirsə, bu, nevralgiya ola bilər. Yanaşı olaraq, təngnəfəslik, baş ağrısı, tərləmə varsa, ürəkdir.
Stenokardiya zamanı sanki döş qəfəsində ağırlıq, təzyiq, sıxılma olur. Ağrı sol qola, boyuna, çənəyə yayılır.
Stenokardiya tutması dərman qəbulundan sonra dərhal kəsir.
İnfakrkt zamanı ağrı çox güclü olur, 20 dəqiqə çəkir, xəstədə ölüm qorxusu, tərləmə, təngnəfəsılik, ürəkbulanma, qarında ağrı və s. olur".