Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kulebaya dedim ki, bu taktiki məsələ deyil, tarixidir

Kulebaya dedim ki, bu taktiki məsələ deyil, tarixidir

Tarix: 12 Dekabr 2023 07:18

Ukraynanın AB-yə daxil olması məsələsi işlənib hazırlanmayıb, halbuki bu, taktiki deyil, tarixi məsələdir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşü barədə danışarkən deyib.

O bildirib ki, Kuleba ilə iki ilə yaxındır görüşmürdü və iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq üçün bir araya gəliblər:

"İndi yenidən görüşəndən sonra əlbəttə ki, Ukraynanın Avropaya inteqrasiya ambisiyaları haqqında danışdıq".

Onun sözlərinə görə, Ukraynanın AB-yə daxil olması ilə bağlı danışıqlara başlamaq təklifi hazırlanmayıb və Avropa Komissiyasının Ukraynanın AB-yə üzvlüyünün bütün cəmiyyətə necə təsir edəcəyi barədə heç bir təsəvvürü yoxdur:

"Avropa Komissiyası Ukraynanın üzvlüklə bağlı danışıqlar aparacağına zəmanət verəcək hazırlıq işləri görməyib".

Qeyd edək ki, ötən gün Siyarto ilə Kuleba arasında görüş keçirilib.


Etiketlər:  Kulebaya dedim taktiki məsələ deyil tarixidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ