Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2023 20:24
Braziliyada keçirilən oyun zamanı meydançaya ildırım düşüb.
Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, ildırım vuran 21 yaşlı futbolçu Kaio Henrike həyatını itirib. 6 futbolçu isə xəsarət alıb.
Hadisə "Unidos de Santo Antanio da Platina" və "Uniao Japirense de Japira" komandaları arasında "Xose Eleuterio da Silva" stadionunda keçirilən Regional Həvəskar Futbol Kubokunun ilk yarısında baş verib.
Yaralı futbolçular Santo Antonio de Platina Regional Xəstəxanasında müalicə olunublar. Futbolçulardan birinin vəziyyətinin ağır olduğu bildirilir.