Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur serialının aktyoru dünyasını dəyişdi

Məşhur serialının aktyoru dünyasını dəyişdi

Tarix: 13 Dekabr 2023 07:55

Amerikalı aktyor Andre Brauer 61 yaşında vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Variety" jurnalı bildirib.

Məlumata görə, sənətçi dekabrın 11-də uzun çəkməyən xəstəlikdən ölüb. Brauerin ölümünü onun agenti Cennifer Allen təsdiqləyib.

Aktyor "Bruklik Doqquz-Doqquz", "Doktor Haus" və "Yeni qız" seriallarında, habelə "Duman", "Solt" və "İbtidai qorxu" filmlərində rol alıb. O, "Qətl: küçədəki həyat" və "Oğru" seriallarındakı iştiraka görə iki dəfə "Emmi" mükafatına layiq görülüb.

Milli.Az


Etiketlər:  Məşhur serialının aktyoru dünyasını dəyişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ