Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2023 07:28
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, nəticədə "Qarabağ"ın UEFA Avropa Liqasının 1/16 final mərhələsində potensial rəqibləri müəyyənləşib.
Sözügedən rəqib siyahısını təqdim edirik:
- Milan (İtaliya);
- Lens (Fransa);
- Feyenoord (Niderland) ;
- Braga (Portuqaliya);
- Benfika (Portuqaliya);
- Qalatasaray (Türkiyə);
- Yanq Boys (İsveçrə);
- Şaxtyor Donetsk (Ukrayna)