Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” üçün tarixi oyun

“Qarabağ” üçün tarixi oyun

Tarix: 14 Dekabr 2023 09:38

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda İsveçin "Hakken" klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma saat 21:45-də start götürəcək. Matçın baş hakimi albaniyalı FIFA referisi Yucin Caya olacaq.

"Köhlən atlar" qalib gələcəyi təqdirdə digər oyunun nəticəsindən asılı olmayaraq, tarixində ilk dəfə bu turnirin pley-offuna yüksələcək.

H qrupunun digər görüşündə "Bayer 04" Almaniyada Norveçin "Molde" kollektivini sınağa çəkəcək. Leverkuzen təmsilçisi hazırda 15 xalla liderdir. "Qarabağ" 7 xalla ikinci, eyni xala malik "Molde" üçüncü sıradadır. "Hakken"in isə hesabında xal yoxdur.

Milli.Az


Etiketlər:  Qarabağ üçün tarixi oyun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ