Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həbsxanadan qaçan mafiya üzvü saxlanıldı

Həbsxanadan qaçan mafiya üzvü saxlanıldı

Tarix: 15 Dekabr 2023 07:38

İtaliyada "Vanella Grassi" klanının üzvü və ölkədə ən çox axtarılan 100 cinayətkar sırasında yer alan 31 yaşlı Qaetano Anqrisano həbs olunub.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri Q.Anqrisanonun Neapol şəhərinin şimalında yerləşən Skampia qəsəbəsində gizləndiyi mənzilə basqın ediblər. O, oğlunun doğum günü şənliyi zamanı həbs olunub. Əməliyyata təhlükəsizlik qüvvələrinin 250 üzvü cəlb edilib.

Q.Anqrisano narkotik vasitələrin qanunsuz dövriyyəsi və sui-qəsd ittihamları ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, il yarım əvvəl həbsxanadan qaçmışdı. Q.Anqrisano İtaliya təhlükəsizlik qüvvələrinin bu il ərzində həbs etdiyi 15-ci qaçaq cinayətkardır.

Milli.Az


Etiketlər:  Həbsxanadan qaçan mafiya üzvü saxlanıldı


RƏYLƏR