Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2023 13:02
İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilən iki cinayətkar İstanbulda saxlanılıb.
Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya məlumat verib.
"İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilən və Belçikada ölkə daxilində narkotik maddələrin yayılmasını təşkil edən təşkilatın rəhbəri olan İngiltərə vətəndaşı Məhəmməd Zakir Mıah və Çin vətəndaşı Chen Xuefeng, İstanbulda keçirilən "Qəfəs-20" əməliyyatları zamanı saxlanılıb. Chen Xuefeng-in Vyetnama ekstradisiya prosesi başa çatıb",- deyə nazir bildirib