Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2023 18:30
"FourFourTwo" nəşri bütün dövrlərin ən yaxşı italyan futbolçularının reytinqini dərc edib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, sıralamada birinci yeri "Fiorentina"nın sabiq futbolçusu Roberto Baccio tutub.
İkinci sırada "Milan"ın əfsanəvi kapitanı Paolo Maldini qərarlaşıb İlk üçlüyü isə "Yuventus"dakı parlaq çıxışı ilə tanınan qapıçı Canluici Buffon tamamlayıb.
"FourFourTwo"-ya görə ən yaxşı 10 italyan futbolçu:
1. Roberto Baccio ("Viçentsa", "Fiorentina", "Boloniya", "Breşiya", "Yuventus", "Milan", "İnter");
2. Paolo Maldini ("Milan");
3. Canluici Buffon ("Yuventus", PSJ, "Parma");
4. Cüzeppe Meatsa ("İnter", "Milan", "Yuventus", "Atalanta", "Varese");
5. Canni Rivera ("Alessandria", "Milan");
6. Françesko Totti ("Roma");
7. Franko Barezi ("Milan");
8. Andrea Pirlo ("İnter", "Recina", "Breşiya", "Milan", "Yuventus", "Nyu-York Siti");
9. Dino Dzoff ("Udineze", "Mantova", "Napoli", "Yuventus");
10. Alessandro Del Pyero ("Padova", "Yuventus", "Sidney", "Dehli Dinamos").