Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Son 5 mövsümün ən məhsuldar heç-heçəsi

Son 5 mövsümün ən məhsuldar heç-heçəsi

Tarix: 16 Dekabr 2023 19:48

Azərbaycan çempionatlarında son 5 mövsümün ən məhsuldar heç-heçəsi qeydə alınıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, 2-ci Liqanın 14-cü turunda olub. "Lerik" və "Dinamo" komandaları arasında matçda 8 qol vurulub - 4:4.

Ölkə çempionatında daha məhsuldar bərabərlik sonuncu dəfə 2018/19 mövsümündə gerçəkləşib. Həmin vaxt I divizionda 10 qolun vurulduğu matçda qalib müəyyənləşməyib.

2019-cu il fevralın 15-də keçirilən qarşılaşmada "Səbail-2" və "Sumqayıt-2" hərəyə 5 qol vurub. Həmin görüşdən 1764 gün sonra yenə məhsuldar sülh qeydə alınıb.

Milli.Az


Etiketlər:  mövsümün məhsuldar heç heçəsi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ