Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PSJ-dən səfərdə xal itkisi

PSJ-dən səfərdə xal itkisi

Tarix: 18 Dekabr 2023 07:44

Fransa Liqa 1-də 16-cı tura yekun vurulub.

Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, son gündə 6 görüş baş tutub.

"Tuluza" - "Renn" matçı qolsuz bitib. "Nant" "Brest"ə, "Loryan" "Strasburq"a, "Mets" "Monpelye"yə evdə məğlub olub. Marsel "Olimpik"i isə "Klermon"la ev oyunundan qələbə ilə ayrılıb. "Lill" PSJ-ni qəbul edib. Paris təmsilçisi qələbəni son anda əldən verib.

Hazırda 37 xala malik PSJ vahid liderdir. "Nitsa" 32 xalla ikinci, "Monako" 30 xalla üçüncüdür. "Lill" və "Brest" 28, Marsel "Olimpik"i ilə "Lans" 26 xal toplayıb.

Fransa Liqa 1
16-cı tur
15 dekabr

Monako - Olimpik (Lion) 0:1
Qol: Jeffinyo, 85.

16 dekabr

Havr - Nitsa 3:1
Qollar: Sabbi, 5; 35. Bayo, 51-pen - Luşe, 90+1.

Lans - Reyms 2:0
Qollar: Said, 43. Kortes, 75.

17 dekabr

Nant - Brest 0:2
Qollar: Maqnetti, 49. Munye, 57.

Loryan - Strasburq 1:2
Qollar: Dienq, 53 - Bakva, 14. Qameyro, 49.

Mets - Monpelye 0:1
Qol: Esteve, 9.

Tuluza - Renn 0:0

Olimpik (Marsel) - Klermon 2:1
Qollar: Murilyo, 26. Harit, 42 - Allevina, 58.

Lill - PSJ 1:1
Qollar: David, 90+3 - Mbappe, 66-pen.


Etiketlər:  dən səfərdə itkisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ