Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur futbolçunun evi qarət edilib, arvadı yaralandı

Məşhur futbolçunun evi qarət edilib, arvadı yaralandı

Tarix: 19 Dekabr 2023 18:30

Fransanın PSJ klubunun qapıçısı Aleksandr Letelyenin evi qarət edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə dekabrın 18-dən 19-na keçən gecə saat iki radələrində baş verib.

Naməlum şəxslər 33 yaşlı qolkiperin Paris ətrafındakı evinə daxil olublar. Həmin vaxt futbolçunun özü, həyat yoldaşı, həmçinin 2 və 6 yaşlı iki uşağı evdə olub. Cinayətkarlar oyunçunun ailəsini silahla hədələyiblər, ondan pul və zinət əşyaları tələb ediblər. Hətta Letelyenin həyat yoldaşının üzünə zərbələr endirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 4 şəxsi saxlayıblar, onlardan ikisi yetkinlik yaşına çatmayıb.

Milli.Az


Etiketlər:  Məşhur futbolçunun evi qarət edilib arvadı yaralandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ