Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dini nikah necə ləğv olunmalıdır? - VİDEO

Dini nikah necə ləğv olunmalıdır? - VİDEO

Tarix: 19 Dekabr 2023 18:58

Rəsmi boşanmalar qeydiyyata alınır. Bəs dini nikahlar necə?

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, rəsmi nikaha daxil olduqdan sonra Qafqaz Müsəlmanları İdarəsindən dini nikaha da icazə verilir.

Bəs boşanma zamanı hansı dini proseslər həyata keçirilir? Kəbin necə ləğv olunmalıdır?

İlahiyyatçı Ağa Hacıbəyli bildirir ki, əgər boşanmaq üçün əsaslı səbəb varsa, nikahın geri oxunması və ya kişinin talaq verməsi ilə kəbin ləğv edilmiş hesab olunur. Talaq isə İslam dinində qarşı tərəfə 3 dəfə "boşayıram" deməklə həyata keçirilir.

Ağa Hacıbəylinin sözlərinə görə, talaq əsasən kişi tərəfindən verilir. Amma, bəzən qadının boşanma istəyi ilə razılaşmayan kişilərə də rast gəlinir ki, bu zaman qadının da dini nikahı pozmaq haqqı var. Talaq isə zarafatla, düşünülməmiş və yaxud əsəb anında səthi deyilərsə, məqbul hesab olunmur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Dini nikah necə ləğv olunmalıdır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ