Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə bu ölkəyə neft nəqlini bərpa edəcək

Türkiyə bu ölkəyə neft nəqlini bərpa edəcək

Tarix: 20 Dekabr 2023 16:54

Türkiyə İraqa neft nəqlini bərpa edəcək.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, Ankarada Türkiyə və İraq nümayəndə heyətləri arasında keçirilən görüş zamanı, neftin daşınması məsələsi gündəmdə olub. Türkiyənin neft nəqlinin bərpasına hazır olduğu bildirilib və bu, bir daha İraq tərəfinin diqqətinə çatdırılıb.​

Eyni zamanda, görüş zamanı terror təşkilatı PKK məsələsi də müzakirə olunub və vurğulanıb ki, Türkiyə terrorla mübarizədə İraqa hər cür yardım etməyə hazırdır.

Qeyd edək ki, İraq Respublikası Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyin dünən Türkiyəyə rəsmi səfər edib.

Milli.Az


Etiketlər:  Türkiyə bu ölkəyə neft nəqlini bərpa edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ