Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəzza ilə bağlı qətnamə layihəsinin səsverməsi yenidən təxirə salındı - FOTO

Qəzza ilə bağlı qətnamə layihəsinin səsverməsi yenidən təxirə salındı - FOTO

Tarix: 21 Dekabr 2023 07:18

BMT Təhlükəsizlik Şurasında Qəzza ilə bağlı qətnamə layihəsinin səsverməsi üçüncü dəfə təxirə salıb.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, Şura BMT-yə üzv ölkərin istəyi ilə müzakirəyə çıxarılan qətnamə layihəsi ilə bağlı danışıqları davam etdirmək və diplomatiya üçün vaxt vermək qərarına gəlib.

Bununla da Qəzzaya humanitar yardımların maneəsiz daxil olması üçün münaqişənin dayandırılmasını tələb edən qətnamə layihəsinin səsverməsində razılaşma əldə olunmadığı üçün üçüncü dəfə təxirə salınıb. Sənəddə bütün tərəfləri beynəlxalq hüquqa uyğun olaraq mülki şəxslərin müdafiəsi üzrə öhdəliklərini yerinə yetirməyə çağırılır və BMT Baş Katibindən yardıma nəzarət mexanizminin yaradılması xahiş olunur.

Qətnamə layihəsində bütün tərəfləri Qəzzaya yardımların çıxışını artırmaq üçün quru, dəniz və hava yollarından istifadəni asanlaşdırılması və sərhəd qapılarının açılması qeyd olunub. Sənəddə bütün girovların azad edilməsi tələb olunur və beynəlxalq humanitar hüququn pozulması pislənir. Sənəddə iki dövləti münaqişənin həllin vacibliyinə diqqət çəkilir və Qəzza zolağının Fələstinin bir hissəsi olduğu vurğulanır.

Yerli mətbuatda ABŞ-nin BMT-yə yardıma nəzarət səlahiyyətinin verilməsinə qarşı çıxdığı iddia edilib və bu səbəbdən də sənədin təsdiqlənmədiyi bildirilir. Qətnamə layihəsi sabah yenidən səsverməyə çıxarılacaq.


Etiketlər:  Qəzza ilə bağlı qətnamə layihəsinin səsverməsi yenidən təxirə salındı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ