Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident Şuşada yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident Şuşada yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Tarix: 21 Dekabr 2023 12:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi.

Bildirildi ki, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.

Dövlətimizin başçısı yaşayış kompleksində hazır mənzillərə baxdı.

Məlumat verildi ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Keçmiş məcburi köçkünlərin bu binalara köçürülməsinə 2024-cü ilin birinci rübündə başlanılacaq.

Diqqətə çatdırıldı ki, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Milli.Az


Etiketlər:  Prezident Şuşada yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub


RƏYLƏR