Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə şirkəti Kəlbəcər və Laçında 5 SES tikəcək

Türkiyə şirkəti Kəlbəcər və Laçında 5 SES tikəcək

Tarix: 21 Dekabr 2023 17:38

Gələn həftə Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə Türkiyənin "Dəmirörən" Holdinqi Kəlbəcər və Laçında 5 kiçik su elektrik stansiyasının yenidən qurulmasına dair saziş imzalayacaqlar.

Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə AİŞ-in icraçı direktoru Ülvi Mansurov dekabrın 21-də Bakıda keçirilən Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində baş tutan "Azərbaycan Respublikasında investisiya qoyuluşu imkanları" panelində çıxışı zamanı bildirib.

O bildirib ki, hazırda AİŞ türk şirkətləri ilə daha üç layihə hazırlayır.


Etiketlər:  Türkiyə şirkəti Kəlbəcər Laçında tikəcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ