Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyanın ən zəngin insanlarından birinə çevrilən kimsəsiz və utancaq qaraçı balası - FOTOlar

Dünyanın ən zəngin insanlarından birinə çevrilən kimsəsiz və utancaq qaraçı balası - FOTOlar

Tarix: 22 Dekabr 2023 00:46

Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə pulla cavab verən dünya ölkələri bu məsələdə Putinin ən həssas tərəfi kimi gördükləri "oliqarxlar"dan başlayıb. Sakit və utancaq biri olsa da, Roman Abramoviç Putinin çevrəsinin bəlkə də ən məşhurudur.

"Çelsi" futbol klububunu aldıqdan sonra bütün dünyada tanınan Abramoviçin evlilikləri və yaxtaları heç vaxt gündəmdən düşmür.

Milli.Az sfera.az-a istinadən oliqarxa çevrilən 3 yaşlı yetim uşağın həyat hekayəsini təqdim edir.

Rus milyarder, hətta "oliqarx" ləqəbi ilə tanınan Roman Abramoviç 2003-cü ildə İngiltərənin "Çelsi" klubunu alması ilə bütün dünyanın diqqətini özünə çəkib.
İngiltərə hökuməti ötən il Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində illərdir yaxından izlənilən Abramoviçin İngiltərədəki evləri, sənət əsərləri və "Çelsi" Futbol Klubu da daxil olmaqla aktivlərini dondurub. Abramoviç Ukraynaya müdaxilədə Putinlə şərik olmaqda ittiham olunub.

O, 1 yaşında anasını, 3 yaşında atasını itirib.

Bir vaxtlar İngiltərə futbolunda dominant mövqeyə malik olan, Rusiya-Ukrayna danışıqları zamanı bir müddət əvvəl İstanbulda danışıqlar aparan Abramoviç son illər çətin günlər keçirsə də, həyatının ilk illərində böyük çətinliklərdən də sovuşmuşdur.

Tam adı Roman Arkdyeviç Abramoviç olan iş adamı 1966-cı ildə Rusiyanın cənub-qərbində, Ukrayna sərhədindən bir neçə yüz kilometr aralıda yerləşən Saratov şəhərində anadan olub. Cəmi bir yaşında anası İrinanı itirən Abramoviç iki il sonra atasını tikinti kranı qəzasında itirib.

O, Rusiyanın şimal-qərbindəki yoxsul bölgə olan Komidə qohumlarının yanında böyüyüb.

"Uşaq olanda fərqi bilmirsən."

Çox müsahibə verə bilməyən Abramoviç bir dəfə "Guardian" qəzetində uşaqlığını belə təsvir edib:

"Düzünü desəm, uşaqlığım pis keçdi deyə bilmərəm. Uşaq olanda müqayisə edə bilməzsən: biri yerkökü yeyir, digəri konfet yeyir. Hər ikisinin dadı yaxşıdır. Uşaqlıqda siz fərqi bilmirsiniz".

O, 16 yaşında məktəbi ataraq, mexanik işləyib. Qırmızı Orduda hərbi xidmətini başa vurduqdan sonra Moskvada plastik oyuncaqlar, daha sonra isə ətir və dezodorant satıb. O, Mixail Qorbaçov dönəmində sahibkarlar üçün tətbiq edilən açıqlıq siyasətindən yararlanaraq sərvətini artırıb.

O, rüşvət aldığını da etiraf edib

1990-cı illərin əvvəllərində Sovet İttifaqı dağılanda və mədənlərə dövlət nəzarəti azalanda imkanlar artdı. Abramoviç 1995-ci ildə saxta hərracda "Sibneft" neft şirkətini hökumətdən təxminən 250 milyon dollara alıb, 10 ildən sonra isə 13 milyard dollara yenidən dövlətə satıb.

Vəkilləri sərvətinin qeyri-qanuni yollarla əldə edilməsi ilə bağlı ittihamları əsassız adlandırsa da, o, 2012-ci ildə İngiltərədə məhkəmə zalında "Sibneft" şirkətini almaq üçün rüşvət verdiyini etiraf edir.

Sovetlər dağılandan sonra oliqarxların nəhəng alüminium sənayesinə nəzarəti ilə sərvətlərini artırdıqları dövrdə, Abramoviç 2011-ci ildə istəmədiyi halda alüminium müharibələrinə qatıldığını qatıldığını bildirib:

"Hər üç gündə bir biri öldürülürdü." Təbii ki, o da yüz milyonlarla dollarlıq sərvətlə bu xaosdan çıxmağı bacarıb.

Prezident Qorbaçovdan sonra vəzifəyə gələn Boris Yeltsinin də müttəfiqi olan Abramoviç Moskvanın siyasi səhnəsində də iştirak edib, hətta bir müddət Kreml ofisində qalıb.

1999-cu ildə Yeltsin istefa verəndə Abramoviç hökumətin baş nazir və keçmiş KQB agenti Vladimir Putinlə əvəzlənməsini dəstəkləyənlər arasında idi.

Putin vəzifəyə gəldikdən sonra oliqarxlar üzərində öz hökmranlığını bərqərar etməyə çalışdı. Beləliklə, bəziləri həbsxanaya, bəziləri isə sürgünə getdi. Abramoviç isə 2000-ci ildə Rusiyanın şimal-şərqindəki yoxsul Çukotka vilayətinin qubernatoru seçilib və öz cibindən sosial xidmətlərə verdiyi töhfəyə görə ictimaiyyət tərəfindən sevilsə də, 2008-ci ildə istefa verib.

Bütün bunlar ərzində o, biznesini davam etdirib və qazandığı pulla rəsm əsərləri, evlər, maşınlar alıb.

O, 2003-cü ildə West Londonun ən böyük klubu olan "Çelsi"ni 140 milyon funt-sterlinqə aldıqdan sonra bütün dünyada tanınıb.
Sakit və utancaq olduğu deyilən Abramoviç "Çelsi"ni aldıqdan sonra dünya futbol və maqazin dünyasının məşhurlarından birinə çevrildi. Bu, belə xarakterə sahib birindən gözlənilməz bir addım idi.

Abramoviçin dövründə "Çelsi" 5 Premyer Liqa, 2 Çempionlar Liqası və 5 İngiltərə Kuboku titulunu qazanıb.

Abramoviçin ən çox danışılan mülklərinə Londonun qərbindəki "Kensington Palace Gardens"də dəyəri 150 milyon funt-sterlinqdən çox olduğu iddia edilən 15 otaqlı malikanə, Çelsidəki mənzil, ABŞ-ın Kolorado ştatındakı ferma və Fransız Rivierasında yerləşən bağ evi daxildir.

Onun "Solaris" və "Eclipse" adlı iki yaxtası dünyanın ən böyükləri arasında olsa da, Abramoviçin şəxsi də təyyarəsi var.

"Guardian"a verdiyi nadir müsahibələrin birində o, pulun insanların həyatını necə dəyişdirdiyi haqqında belə demişdi:

"Pul xoşbəxtliyi satın almır. Amma müəyyən qədər müstəqillik verir".

Abramoviç üç dəfə evli olub.

"Bloomberg"ə görə, o, 13,7 milyard dollar sərvəti ilə dünyanın 128-ci ən varlı adamıdır, "Forbes" jurnalına görə isə 142-ci yerdədir.

Son zamanlar ən çox şübhə altına alınan və ona problem yaradan vəziyyət Putinlə yaxınlığı olub. Hətta Putinin göstərişi ilə "Çelsi"ni aldığı iddia edildiyi üçün o, 2021-ci ildə "HarperCollins" nəşriyyatını məhkəməyə verib.

Tərəflər məhkəmədən kənar razılığa gəliblər və yayımçı bəzi məsələlərə aydınlıq gətirmək üçün razılaşıb.

Abramoviç sanksiyalar qərarından 8 gün əvvəl "Çelsi"ni satacağını açıqlayıb. 2022-ci il martın əvvəlində Abramoviçin Ukrayna-Belarus sərhədində sülh danışıqları zamanı yüksək səviyyəli ukraynalı müzakirəçilər də daxil olmaqla insanlarla birlikdə zəhərlənmə əlamətləri göstərdiyi açıqlanıb.

Milli.Az


Etiketlər:  Dünyanın ən zəngin insanlarından birinə çevrilən kimsəsiz utancaq qaraçı balası FOTOlar


RƏYLƏR