Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cənnətə bilet belə olurmuş...

Cənnətə bilet belə olurmuş...

Tarix: 22 Dekabr 2023 02:00

rdu klubu ilə "Qarabağ"ın püşkdə üz-üzə gəlməsi təsadüf, ordunun Qarabağa üz tutması isə tarixi zərurət idi. Elə bütün təsadüflər də zərurətdən doğur...

Müharibə kimi, bu matçın keçiriləcəyi də ilk əvvəllər dövlət sirri kimi qorunurdu. Rəsmilər bilirdi, amma mükəmməllik pozulmasın deyə, danışmırdılar. Matçın tarixinə doğru sirr çözüldü, bu sirrin açılmasına isə cinayət işi yox, alqış düşür. 

Hər ikisinin ssenari və ideya müəllifi bəllidir, Elbrus Ərudun da dediyi kimi, "O ssenarini reallaşdırmağı Tanrı Prezidentin taleyinə yazıb..."

Səhər tələsik iş üçün taksi sifariş etmişəm. Xanım aparıcı radioda günün əsas xəbərlərini çatdırır:

- Bu gün Xankəndidə "Qarabağ" klubu ölkə kubokunda MOİK-lə qarşılaşacaq.

Xəbərdə inanılmaz bir duyğu var. Deməli, matçın keçiriləcəyi məkan bunu adi idman xəbərindən möcüzəvi şəkildə günün əsas olayına çevirir.

Səhər tezdən tanıdığım çox şəxs Xankəndiyə üz tutub. Kimisi çatan kimi fotosunu, kimisi də matçın biletini paylaşır. Bunu görəndən sonra, Qətərdə keçirilən son dünya çempionatından xatirə olaraq saxladığım, ulduz futbolçuların meydanda olduğu İspaniya - Almaniya matçının bileti gözümdən hara düşdü, bilmədim, heç axtarmadım da...

Deməli, cənnətə bilet belə olurmuş...

Bəzən insan cənnətin var olub-olmadığına inanmır. Amma bu gün gördük ki, var imiş... Xankəndi bu gün o biri dünyanın bu dünyadakı cənnətinin üzü idi. Bunun uğrunda ölənlər də cənnətə düşdü, yerdə qalıb matça gedənlər də...

Daima ordu ilə Qarabağ kimi mənəvi adların mərkəzində, həm də meydanda dayanan Prezident, bu dəfə Xankəndi şəhər stadionun mərkəzinə dəvət olunur. Matçın başlaması üçün topa simvolik olaraq ilk zərbəni Ali Baş Komandan endirir. Dövlət başçısı təkcə futbolun 8-ci qaydasının bir hissəsini yerinə yetirmir, həm də Azərbaycanın geopolitik müstəvidə qazandığı qələbənin simvolunu nümayiş etdirir.

Zatən qayda da belədir: Udan komanda matça meydanın hansı tərəfindən başlayacağını özü seçir. 

Qafqazinfo.az

Milli.Az


Etiketlər:  Cənnətə bilet belə olurmuş


RƏYLƏR