Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan iqtisadiyyatına nə qədər sərmayə yatırılıb?

Azərbaycan iqtisadiyyatına nə qədər sərmayə yatırılıb?

Tarix: 22 Dekabr 2023 23:00

Ötən 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyarda yaxını qeyri-neft sektoruna yönəlib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O qeyd edib ki, son 20 ildə Azərbaycanda milli iqtisadiyyatın real həcmi 4 dəfə, ixrac isə 15 dəfədən çox artıb:

"İqtisadiyyatın orta artım tempi dünya üzrə orta səviyyədən 4 faiz bəndi yüksək olub və Azərbaycan yuxarı orta gəlirli ölkəyə çevrilib. Ölkənin strateji valyuta ehtiyatları 47 dəfədən çox artaraq 66 milyard ABŞ dollarını keçib. Özəl sektorun ÜDM-də payı 83 faizi keçib, məşğulluqda isə 78 faizə yaxınlaşıb".

Milli.Az


Etiketlər:  Azərbaycan iqtisadiyyatına qədər sərmayə yatırılıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ