Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

1945-ci ildə atom bombalarının atıldığı hərbi aerodrom bərpa edilir - FOTOlar

1945-ci ildə atom bombalarının atıldığı hərbi aerodrom bərpa edilir - FOTOlar

Tarix: 23 Dekabr 2023 21:54

ABŞ 1945-ci ilin avqustunda Yaponiyaya atom bombalarının atıldığı hərbi aerodromun bərpasına başlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Xirosima və Naqasakidəki nüvə faciəsi ilə bağlı olan və Sakit okeanın Tinian adasında yerləşən hərbi aerodromun hazır vəziyyətə gətirilməsi qərara alınıb.

Uzun illər əvvəl tərk edilmiş aerodrom tamamilə cəngəlliklərlə örtülüb və indi ABŞ inşaatçıları praktiki olaraq sıfırdan başlamalı olacaqlar.

Bəzi ekspertlərin fikrincə, Pentaqon bədbin tarixə malik olan aerodromdan Çinlə gözlənilən qarşıdurmada istifadə etməyi planlaşdırır.  

Milli.Az


Etiketlər:  1945 ci ildə atom bombalarının atıldığı hərbi aerodrom bərpa edilir FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ