Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2023 13:12
İran Rusiyaya nota verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Rusiyanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.
İran XİN Rusiyanın müvəqqəti işlər vəkilinə VI Rusiya-Ərəb Əməkdaşlıq Şurasının iclasında qəbul edilən birgə bəyanata etirazını çatdırıb, məktub təqdim edilib.
Qeyd edək ki, Tehran Mərakeşdə keçirilən VI Rusiya-Ərəb Əməkdaşlıq Şurasının bəyanatında Əbu-Musa, Böyük Tomb və Kiçik Tomb adalarının adlarının yer almasından narazıdır. İran Körfəzdəki bu adaların özünə məxsus olduğunu iddia edir.