Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniya bu ölkəyə hərbi gəmi göndərəcək

Britaniya bu ölkəyə hərbi gəmi göndərəcək

Tarix: 25 Dekabr 2023 08:24

Britaniyaya məxsus döyüş gəmisi Qayana sahillərinə doğru üzəcək.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti məlumat yayıb.

Məlumatın görə, "Trent" patrul gəmisi London tərəfindən Venesuelanın ərazi iddiaları ilə üzləşən keçmiş Britaniya koloniyasına dəstək nümayişi olaraq Cənubi Amerikaya göndəriləcək.

Qəzetin yazdığına görə, top və pulemyotlarla silahlanmış "Trent" əsasən terrorla mübarizə təlimlərində istifadə olunur, həmçinin dəniz quldurluğu və qaçaqmalçılığın qarşısının alınması əməliyyatlarında iştirak edir. Gəmi adətən Aralıq dənizində işləyir. Heyəti 65 nəfərdən ibarət gəmiyə helikopter də yerləşə bilər.

Milli.Az


Etiketlər:  Britaniya ölkəyə hərbi gəmi göndərəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ