Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni il qabağı paytaxt bazarlarında QİYMƏT - VİDEO

Yeni il qabağı paytaxt bazarlarında QİYMƏT - VİDEO

Tarix: 25 Dekabr 2023 14:32

Bayram süfrələrini hazırlamaq üçün "yaxşı bazarlıq" etmək vacibdir. Maraqlıdır, Azərbaycanda orta statistik ailə üçün yeni il süfrəsi neçəyə başa gəlir?

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, orta statistik 4 nəfərlik ailə bayram süfrəsini standart yeməklər - salat, dolma, plovla bəzəmək istəyirsə ən azı 100 manat ödəməlidir. Əlavə xərclər meyvə, pomidor, xiyar, şirə, çərəz, tort üçün isə 50-70 manata qədər xərc çəkmək tələb olunur.

Qiymətlərə gəldikdə, bazarda ərik 11-15 manat,  albuxara 8-10 manat, ədviyyatın qiyməti isə çeşidinə görə dəyişir. Kənd toyuğunun kiloqramı 9 manatdan təklif olunur. Kərə yağının isə kiloqramı çeşidinə görə 18-23 manat arasında dəyişir. Bayram ərəfəsində balıq bazarında da canlanma var. Qiyməti isə 4 manatdan başlayır və 45 manatda yekunlaşır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Yeni qabağı paytaxt bazarlarında QİYMƏT VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ