Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu gün Putin Paşinyanı şəxsən sorğu-sual edəcək

Bu gün Putin Paşinyanı şəxsən sorğu-sual edəcək

Tarix: 26 Dekabr 2023 17:16

Kreml Paşinyanın Rusiyaya səfərini gözləyirdi, çünki onların Nikola çoxlu sualı var və Putin şəxsən ondan cavab almalıdır. Rusiya hakimiyyəti bu dəfə çox ciddidir, Paşinyandan növbəti qeyri-müəyyən bəyanat deyil, ölkələr arasında əməkdaşlıq və son dərəcə gərgin münasibətlərlə bağlı suallara aydın və konkret cavablar tələb edəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Joxovurd" qəzeti mənbələrinə istinadən məlumat yayıb.

"İrəvan uzun müddət Rusiyanın vasitəçiliyi ilə təşkil olunan görüşlərdən yayınırdı, lakin indi, deyəsən, Paşinyan Moskva ilə münasibətləri pozmağa yönəlmiş addımlarına peşmandır və onları bərpa etmək qərarına gəlib. Bu mənada Paşinyanın Rusiyaya səfərini tarixi saymaq olar", - məlumatda deyilir.

Qeyd edək ki, Sankt-Peterburqda ötən gün Aİİ sammiti başlayıb, bu gün isə MDB ölkə başçılarının ənənəvi qeyri-rəsmi görüşü baş tutacaq. Ermənistan Baş naziri Nikol Paşinyan sammitə qatılıb.

Milli.Az


Etiketlər:  Bu gün Putin Paşinyanı şəxsən sorğu sual edəcək


RƏYLƏR