Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2023 23:50
Rusiya Prezidenti Vladimir Putin 2023-cü ilin martında Moskvada keçirilən görüşdə Çin dövlət rəhbəri Si Sziinpinə Rusiyanın Ukraynada ən azı beş il döyüşəcəyini deyib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın "Nikkei Asia" nəşri öz məlumatlı mənbələrinə istinadən məlumat yayıb.
Nəşr yazır ki, görünür, bu yolla Putin hərbi əməliyyatlar zamanı o vaxt (2023-cü ilin martında - red.) Rusiyanın xeyrinə olmayan vəziyyəti qısaca təsvir etməyə çalışıb və Szinpini əmin edib ki, sonda Rusiya qalib gələcək.
Qeyd edək ki, Ukraynanın əks-hücumu iflasa uğrayandan sonra hazırda Rusiya müharibədə təşəbbüsü ələ alıb və bir neçə istiqamətdə Ukrayna ordusunun müdafiəsini yarıb. Hətta Marinka şəhərini də tam işğal edib.