Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sərdar Ortaçdan üzücü xəbər - Ayağını itirə bilər

Sərdar Ortaçdan üzücü xəbər - Ayağını itirə bilər

Tarix: 29 Dekabr 2023 15:48

Məşhur müğənni Sərdar Ortaçdan üzücü xəbər gəlib.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, uzun illərdir MS xəstəliyi (dağınıq skleroz) ilə mübarizə aparan və yeriməkdə çətinlik çəkən Sərdar vəziyyəti ilə bağlı deyib:
"Ayaqqabılarımı çıxarmaqda belə çətinlik çəkirəm. Bu xəstəliyin əlacı yoxdur. 3 dəfə xəstəliyim tutub, 4-cüsü olarsa, ayağımı itirə bilərəm. Görək, inşallah, heçnə olmaz".

Bir müddətdir psixoloji cəhətdən yaxşı olmadığını bildirən müğənni, "Özümə qarşı çox laqeyd oldum. Depressiyadan çıxa bilmədim. Dostum dəvət etdi, gəldim. Bu mənə dərman kimi gəldi. Tək qadınlar deyil, kişilər də özlərinə qulluq etməlidirlər. Peşəmə görə heç kimə pis görünmək istəmirəm. Özümə qulluq etmək mənim üçün sanki işgəncədir. Xəstələnəndən sonra daha da laqeydləşdim".

Milli.Az


Etiketlər:  Sərdar Ortaçdan üzücü xəbər Ayağını itirə bilər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ