Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2023 17:12
Türkiyə Elmi və Texniki Araşdırmalar Şurası (TÜBİTAK) "Süni İntellekt Ekosistem Çağırışı" ilə ağıllı istehsal sistemləri, kənd təsərrüfatı, təhsil və iqlim dəyişikliyi daxil olmaqla, 17 layihəyə dəstək verəcək.
Sonxeber.net-ın TurkicWorld-un məlumatına görə, xüsusi çağırışla Türkiyənin süni intellekt ekosistemində KOBİ-lərə və sahibkarlıq qurumlarına dəstək olmaq, əldə ediləcək bilikləri anonimləşdirərək Süni İntellekt İnstitutu vasitəsilə ehtiyacı olan şirkətlərə ötürmək və bu sahədə tədqiqatçılar kimi insan resurslarının yetişdirilməsi də qarşıya məqsəd qoyulub.
Məlumata əsasən, bu il Türkiyədə "Süni İntellekt Ekosistem Çağırışı" çağırışına 32 layihə ilə 32 konsorsium müraciət edib. Onlardan 17-si qəbul olunub, ikisinin isə qiymətləndirmə prosesi davam edir. Dəstək çərçivəsində qərar qəbul edilən layihələrin təxmini büdcəsi 55 milyon 428 min 299 lirə olub. Çağırışda maliyyə texnologiyaları da daxil olmaqla 5 tematik istiqamət üzrə layihə müraciətləri qəbul edilib. Dəstəklənən layihələrdən səkkizi ağıllı istehsal sistemləri, üçü ağıllı kənd təsərrüfatı, qida və heyvandarlıq, dördü iqlim dəyişikliyi, ikisi isə smart təhsil texnologiyaları sahələrindən seçilib.