Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2024 00:33
Həkim Yevgeni Belousov alkoqoldan zəhərlənmə riskini azaltmağa kömək edən məhsulları açıqlayıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, həkimin fikrincə, mal əti, qaraciyər, dəniz məhsulları və yerkökü spirtlə zəhərlənmə riskini azaltmağa kömək edəcək.
Onun sözlərinə görə, sink və B vitaminləri ilə zəngin qidalar alkoqol zəhərlənməsi riskini azaltmağa kömək edəcək:
"Belə məhsullara mal əti, qaraciyər, dəniz məhsulları, məsələn, istiridyə, siyənək, buğda rüşeymləri, həmçinin yerkökü, noxud, soğan, ispanaq və qoz-fındıq daxildir. Spirtli içkilərin həddindən artıq və ya sürətli qəbulu ilə zəhərlənmə riski artır. Spirtli içkiləri qarışdırmamaq, kiçik qurtumlarla içmək, kokteyllərdən uzaq durmaq daha məsləhətlidir".