Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya çempionu arvadını maşınla vurub öldürdü - FOTO

Dünya çempionu arvadını maşınla vurub öldürdü - FOTO

Tarix: 2 Yanvar 2024 11:48

Avstraliyalı velosipedçi, dünya çempionu və olimpiya mükafatçısı Rohan Dennis həyat yoldaşını öldürməkdə şübhəli bilinərək polis tərəfindən həbs edilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Dennis avtomobili idarə edərkən velosiped yarışları ilə məşğul olan arvadı Melissa Hoskinsi vurub. Qəza Avstraliyanın Adelaida şəhərində evli cütlüyün evinin yaxınlığında baş verib. Qadın xəstəxanada dünyasını dəyişib. Cütlüyün toyu 2018-ci ildə baş tutub, onların iki övladı var.

Dennisin 33 yaşı var və 2023-cü ilin fevralında idmandan ayrılıb. Velosipedçi Olimpiya Oyunlarında trek və şosse velosipedi üzrə gümüş və bürünc medal qazanıb. Bundan əlavə, idmançı altı dəfə dünya çempionu olub.

Milli.Az


Etiketlər:  Dünya çempionu arvadını maşınla vurub öldürdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ