Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bıçaq dəyəndə xərçəng bədənə yayılır – Həkimdən şok

Bıçaq dəyəndə xərçəng bədənə yayılır – Həkimdən şok

Tarix: 2 Yanvar 2024 20:30

Uzun illərdir xərçəngə, şişə cərrah bıçağı dəydisə, o daha da yayılacaq fikri dolaşır. Şişin yayılması metastaz deməkdir. Onkoloq cərrahlar qətiyyətlə bu fikri inkar edir, onkoloji xəstənin əməliyyat mümkündürsə olunmasını vacib bilir.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, türkiyəli cərrah, professor Ünal Aydın bıçaq dəyəndə şişin yayıla biləcəyini təsdiq edib və bunun səbəbini açıqlayıb.

"Bütün cərrahların əksinə gedərək cavabım budur: bıçaq dəyərsə xərçəng yayılır.

Amma səbəbini bir soruşun. Orqan nəqli edən cərrahlar bilir ki, necə başqa bir adamın orqan və toxumasını digərinə köçürüb orda necə yaşatmaq mümkündürsə, bir orqanda olan xərçəng hüceyrələri bədənin başqa yerində tutunub qala bilir.

Əgər şiş əməliyyatı zamanı bıçağı şiş toxumasına çəkib, parçalayıb və toxunub, sonra o bıçağı digər yerlərə saga-sola sürtsəniz, orda olan hüceyrələr digər yerlərə keçib, orda yaşayıb, yeni şiş yarada bilər.

Dolayısı ilə bıçaq dəydiyində xərçəng yayılır o deməkdir ki, bıçaq xəstəyə deyil, xərçəngə dəyərsə yayılar. Ona görə cərrah bıçağı şiş toxumasına dəymədən əməliyyatlar uğurla icra edilməlidir.
Xərçəng cərrahiyyəsində bıçaq qupquru və təmiz olmalıdır".


Etiketlər:  Bıçaq dəyəndə xərçəng bədənə yayılır Həkimdən şok


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ