Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin danışıqlar istəmir, diz çökdürməyə çalışır

Putin danışıqlar istəmir, diz çökdürməyə çalışır

Tarix: 4 Yanvar 2024 18:22

ABŞ Putinin danışıqlara hazır olduğuna inanmır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə deyib.

"Putin danışıqlara hazır olan adam kimi davranmır. O, ukraynalıları diz çökdürməyə çalışmaq üçün əlindən gələni edir. Ona görə də əlavə maliyyə tələbinin təsdiqlənməsi çox vacibdir", - Kirbi deyib.

Ağ Ev rəsmisi Ukraynaya son hücumları xatırladıb və Rusiya ordusunun cəbhədə uğur qazanmadığını qeyd edib.

Milli.Az


Etiketlər:  Putin danışıqlar istəmir diz çökdürməyə çalışır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ