Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2024 08:20
ABŞ-ın kommersiya neft ehtiyatları dekabrın 29-da bitən həftədə 5,5 milyon barrel azalıb.
Sonxeber.net teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin həftəlik hesabatında deyilir.
"Trading Economics"in istinad etdiyi ekspertlərin konsensus proqnozu neftin 3,73 milyon barrel azalacağını göstərir.
Qeyd olunub ki, ABŞ-da benzin ehtiyatları 10,9 milyon barel, distillatlar isə 10,09 milyon barel artıb.
Nyu-York əmtəə birjasında satılan neftin saxlandığı Kuşinq terminalında ehtiyatlar keçən həftə 706 min barel artıb.