Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

On və on birinci siniflər nə üçündür? - Nazir

On və on birinci siniflər nə üçündür? - Nazir

Tarix: 5 Yanvar 2024 22:08

Biz həqiqətən də 10-11-ci siniflərin məzmununa yenidən baxmalıyıq. Düşünməliyik və müzakirə aparmalıyıq ki, on və on birinci siniflər nə üçündür?

Milli.Az axar-a istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib.

"Bu ali təhsilə hazırlıqdırsa, cəmiyyət bizdən bunu tələb edirsə, biz buna uyğun məzmun hazırlayaq. Biz deyiriksə, on və on birinci siniflər yalnız ali təhsil hazırlıq deyil, bu, həm də şəxsiyyətin formalaşdığı bir dövrdür, o zaman başqa bir model seçməliyik", - nazir vurğulayıb.

O qeyd edib ki, bu istiqamətdə müəyyən ilkin çalışmalar var, nazir detalları açıqlamayıb:

"Amma inanıram ki, 2024-cü ilin əsas istiqamətlərindən biri məhz bu olmalıdır".

Milli.Az


Etiketlər:  On on birinci siniflər üçündür Nazir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ