Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qadın futbolçuların isti qış istirahəti: Millimizin üzvü necə seçilib? - FOTOlar

Qadın futbolçuların isti qış istirahəti: Millimizin üzvü necə seçilib? - FOTOlar

Tarix: 7 Yanvar 2024 16:12

Qadınlar arasında keçirilən Rusiya Superliqasında mövsümlərarası fasilədir. Bu çempionatda iştirak edən "zəriflər" müxtəlif formada istirahət edirlər.

Milli.Az publika.az-a istinadən bildirir ki, "Zenit"inin futbolçuları istirahətə yüksək əhval-ruhiyyədə yollanıblar. Çünki onlar 2023-cü il mövsümünün çempionu olublar. Qızıl medallara sahib çıxan Sankt-Peterburq təmsilçisinin heyətində həmyerlimiz, milli komandanın üzvü Nigar Mirzəliyeva da yer alıb.

O, komanda yoldaşlarından fərqli olaraq, istirahəti adət-ənənəmizə uyğun formada - ailəsi ilə birlikdə Azərbaycanda keçirir. Ona doğma olan Mingəçevirə səfər edir və ya Bakıda dostları ilə görüşür.

"Zenit"in digər qadın ulduzları isə kurort, istirahət mərkəzlərinə, Şeyşel adalarına, Dubaya, Tailanda hətta Afrika çöllərinə üz tuturlar. Onlar arasında ailəsi ilə qışın dadını çıxaranlar da, toy edənlər də olub.

ÇSKA, "Lokomotiv", "Dinamo", "Zvezda-2005", "Rostov" kimi klubların qadın futbolçuları "Zenit"dəki həmkarları kimi istirahətin dadını çıxarırlar.

Milli.Az


Etiketlər:  Qadın futbolçuların isti qış istirahəti Millimizin üzvü necə seçilib FOTOlar


RƏYLƏR