Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2024 16:26
İndoneziyada polis kəsim məntəqəsinə aparılan 226 iti daşıyan yük maşınını saxlayıb.
Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, Mərkəzi Yava əyalətinin polisi heyvanları Surakartaya gedən yük maşınının arxasında bağlı və üst-üstə yığılmış vəziyyətdə tapıb.
Səlahiyyətlilər marşrut haqqında məlumat aldıqdan sonra sürücülər həbs olunub. Onları təhlükəli malların paylanmasına və Heyvanların Mühafizəsi Qanununa zidd hərəkətlərə görə 15 ilə qədər həbs cəzası gözləyir.
İndoneziyada it ətinin satışı qadağan edilməyib. Bununla belə, onu istehlak etmək risklidir və vəhşi itlərdə quduzluq və ya digər xəstəliklər ola bilər.