Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İngiltərə Kuboku: “Mançester Yunayted” "Viqan"dan üstün olub

İngiltərə Kuboku: “Mançester Yunayted”

Tarix: 9 Yanvar 2024 07:32

İngiltərə Futbol Assosiasiyası (FA) Kubokunun 1/32 mərhələsinin daha bir oyunu baş tutub.

"Report" xəbər verir ki, turnirin 3-cu raundunda "Viqan" "Mançester Yunayted"i qəbul edib.

Oyun gözlənildiyi kimi qonaqların üstünlüyü ilə keçib. Matçda hesabı 22-ci dəqiqədə Dalo açıb. 74-cü dəqiqədə isə Fernandeş penaltini dəqiq yerinə yetirərək qarşılaşmanın nəticəsini müəyyənləşdirib - 0:2.

Bu qələbə "qırmızı şeytanları" İngiltərə Kubokunun 1/16 mərhələsinə çıxarıb. Burada onlar "Nyuport Kaunti" - "İstli" cütünün qalibilə üz-üzə gələcəklər.

Milli.Az


Etiketlər:  İngiltərə Kuboku Mançester Yunayted Viqandan üstün olub


RƏYLƏR