Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Texasda hoteldə partlayış baş verib, onlarla insan yaralanıb

Texasda hoteldə partlayış baş verib, onlarla insan yaralanıb

Tarix: 9 Yanvar 2024 07:58

ABŞ-nin Texas ştatının Fort-Uort şəhərindəki "Sandman Signature" hotelində baş vermiş partlayış nəticəsində azı 21 nəfər xəsarət alıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Fox News" telekanalının yerli bölməsi məlumat yayıb.

Bildirilib ki, bir nəfərin vəziyyəti ağırdır, dörd nəfər ağır yaralanıb, lakin onların həyatı üçün təhlükə yoxdur. Qalanları yüngül xəsarətlər alıblar. Ölənlər yoxdur.

Hadisə yerinə gələn yanğınsöndürənlər səbəbin qaz partlayışı olduğunu bildiriblər. Hoteldə təmir-bərpa işlərinin aparıldığı qeyd edilir.

Buna baxmayaraq, mehmanxana işləməyə davam edib.

Milli.Az


Etiketlər:  Texasda hoteldə partlayış baş verib onlarla insan yaralanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ