Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Türkiyə Superkubokuna ev sahibliyi etmək istəyir

Azərbaycan Türkiyə Superkubokuna ev sahibliyi etmək istəyir

Tarix: 9 Yanvar 2024 13:12

Azərbaycan Türkiyə Superkubokuna ev sahibliyi etmək istəyir.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan, lakin bəzi məhdudiyyətlər səbəbindən təxirə salınan qarşılaşma üçün Azərbaycan tərəfi Türkiyə Futbol Federasiyasına (TFF) məktub göndərib.

Həm TFF, həm də Superkubokun iştirakçıları olan "Galatasaray" və "Fenerbahçe" klubları yaxın günlərdə təklifə cavab verəcəklər.

Hazırda qarşılaşmanın Samsun və ya Ankarada keçirilmə ehtimalı var. 

2023-cü il dekabrın 29-da keçirilməli olan Türkiyə Superkuboku Səudiyyə Ərəbistanının bir neçə tələb irəli sürməsi səbəbindən təxirə salınmışdı.

Milli.Az


Etiketlər:  Azərbaycan Türkiyə Superkubokuna sahibliyi etmək istəyir


RƏYLƏR