Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan ordusunun daha bir hərbçisi öldürüldü

Ermənistan ordusunun daha bir hərbçisi öldürüldü

Tarix: 9 Yanvar 2024 22:36

Ermənistan Müdafiə Nazirliyinin mövqelərindən birində zabit meyiti aşkarlanıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

"Yanvarın 9-da saat 11:30-da Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə olunan ərazisində baş leytenant Mikael Samveloviç Danielyanın güllə yarası ilə meyiti aşkar edilib", - xəbərdə deyilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, gün ərzində qeydə alınan ikinci analoji hadisədir. Bu gün günorta yayılan məlumata görə, müddətli hərbi qulluqçu öldürülüb.

Milli.Az


Etiketlər:  Ermənistan ordusunun daha bir hərbçisi öldürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ