Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hökumət Ödəniş Portalının saytı fəaliyyətini dayandırdı

Hökumət Ödəniş Portalının saytı fəaliyyətini dayandırdı

Tarix: 10 Yanvar 2024 23:16

Azərbaycandakı bankların, əksər bank olmayan ödəniş xidməti təchizatçılarının internet və mobil bankçılıq həllərinin Hökumət Ödəniş Portalına (HÖP) inteqrasiya edildiyi, bütün xidmət təşkilatları üzrə ödənişlərin bu platformalardan aparılması imkanı olduğu nəzərə alınaraq HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

"HÖP-ün internet səhifəsi və mobil tətbiqi vasitəsilə apardığınız ödənişləri bankların, həmçinin bank olmayan ödəniş xidməti təchizatçılarının bu portala inteqrasiya olunmuş internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz", - məlumatda qeyd olunub.

Milli.Az


Etiketlər:  Hökumət Ödəniş Portalının saytı fəaliyyətini dayandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ