Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

HƏMAS Qəzzada tunellərin tikintisinə bu qədər xərc çəkib

HƏMAS Qəzzada tunellərin tikintisinə bu qədər xərc çəkib

Tarix: 12 Yanvar 2024 08:42

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında yeraltı infrastrukturunun tikintisinə milyonlarla dollar xərcləyib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "Yedioth Ahronoth" qəzeti İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qəzzada aşkar edilmiş tunellər şəbəkəsinin və kəşfiyyat məlumatlarının təhlilinə əsaslanaraq İsrail ordusu bu qənaətə gəlib ki, on milyonlarla dollara başa gələn yüzlərlə kilometr yeraltı infrastrukturun qurulması üçün ümumilikdə 6 min tondan çox beton və 1,8 min ton metaldan istifadə edilib.

Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant HƏMAS-ın yeraltı infrastrukturunun ləğvini Qəzza zolağında hərbi əməliyyatların əsas məqsədlərindən biri adlandırıb.


Etiketlər:  HƏMAS Qəzzada tunellərin tikintisinə qədər xərc çəkib


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ