Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Moskvada mənzildə yanğın olub, üçü uşaq olmaqla dörd nəfər ölüb

Moskvada mənzildə yanğın olub, üçü uşaq olmaqla dörd nəfər ölüb

Tarix: 12 Yanvar 2024 22:36

Moskvanın şimal-şərqində mənzildə yanğın baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yanğın nəticəsində üçü uşaq olmaqla dörd nəfər həyatını itirib.

Yanğın Akademik Komarova küçəsində, ev 14-ün birinci mərtəbəsində yerləşən mənzildə baş verib.

"İkinci mərtəbədən xilas edilən daha iki uşaq isə xəsarət alıb", - deyə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğının sahəsi 15 kvadratmetr olub.

Moskva prokurorluğu yanğın və ölüm faktını təsdiqləyib.

Milli.Az


Etiketlər:  Moskvada mənzildə yanğın olub üçü uşaq olmaqla dörd nəfər ölüb


RƏYLƏR