Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zaxarova: Rusiya İrəvanda faşistlərin yürüşündən dərin narahatlıq keçirir

Zaxarova: Rusiya İrəvanda faşistlərin yürüşündən dərin narahatlıq keçirir

Tarix: 12 Yanvar 2024 23:08

Rusiya Ermənistan paytaxtında yanvarın 1-də faşistlərin yürüş keçirməsindən dərin narahatlıq keçirir.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Bəli, biz bu kadrları gördük və yanvarın 1-də İrəvanın mərkəzində gənc faşistlərin yürüşünün baş tutmasını dərin narahatlıqla qəbul etdik. Əlbəttə ki, biz Ermənistanın asayişi qoruyan qüvvələrinin bu yürüşün iştirakçılarına, onların KİV-in iştirakı ilə kameralar önündə "nasist salamlarına" mane olmamasına təəccübləndik. Ermənistan hakimiyyətinin buna reaksiyasının olmaması da təəccüb doğurur. Əminik ki, nasizmin bütün təzahürlərini kökündən kəsmək lazımdır", - Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova 80 il bundan öncə ermənilərin ruslarla, digər xalqların nümayəndələri ilə birlikdə faşizm üzərində qələbə qazandığını xatırladıb.


Etiketlər:  Zaxarova Rusiya İrəvanda faşistlərin yürüşündən dərin narahatlıq keçirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ