Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2024 23:30
"İraq İslam Müqaviməti"nə aid silahlı şiə birləşmələri Suriyanın şimal-şərqindəki Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı yaxınlığındakı ABŞ hərbi bazasına raket zərbəsi endirib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Al-Mayadeen" telekanalı məlumat yayıb.
İtki və zərər barədə məlumat verilmir.
ABŞ ordusunun sözçüsü Patrick Ryder çərşənbə axşamı bildirib ki, ABŞ qüvvələri İraq və Suriyada 2023-cü il oktyabrın 17-dən bəri 127 dəfə hücuma məruz qalıb. Bunlardan 52-si ABŞ-nin İraqdakı bazalarına, 75-i isə Suriyadakı bazalarına olub.
Bundan əvvəl şiə milislər "Telegram" kanallarında yaydıqları bəyanatda ABŞ-a Suriya və İraqda silahlı əməliyyatların sayını artıracaqları barədə xəbərdarlıq etmişdilər.