Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2024 07:42
"Qarabağ"ın futbolçusu Kevin Medina zədəsini sağaldıb.
Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi artıq fiziki məşqlərə başlayıb.
O, bu barədə öz sosial şəbəkə hesablarında paylaşım edib. Medina məşqdən fotolarını "Bütün proqnozlara baxmayaraq, həyat çox gözəldir" sözləri ilə paylaşıb.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Molde"yə qarşı səfər matçında (2:2) zədələnən Kevin Medinaya sağ bud tendom vətərinin qopması diaqnozu qoyulmuşdu. O, ötən ay əməliyyat olunub.
Xatırladaq ki, daha əvvəl komandanın baş məşqçisi Qurban Qurbanov futbolçunun Avroliqanın pley-off mərhələsində "Braqa" ilə hər iki oyunu buraxacağını açıqlamışdı.