Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dumana görə, yüklə dolu "Zil"i son anda gördü - Qala yolunda qəza

Dumana görə, yüklə dolu

Tarix: 12 Noyabr 2019 12:45

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gecə Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza Qala yolunda qeydə alınıb. Belə ki, minik avtomobili yüklə dolu olan "Zil 131" markalı yük maşını ilə toqquşub.

Baş yol ilə hərəkətdə olan minik avtomobili köməkçi yoldan əsas yola çıxan yük maşınını dumanlı hava səbəbindən görə bilməyib. Nəticədə qəza qaçılmaz olub.

Xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.


Etiketlər:  Dumana görə yüklə dolu Zili son anda gördü Qala yolunda qəza


RƏYLƏR